19:44 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Səsvermə

Polşa Seyminə keçirilən seçkilərdə Kaçinskinin partiyası qalib gəlib

btnet.com.tr
XƏBƏRLƏR
Qısa URL
301

Qanunverici orqana Rişard Petronun yeni liberal partiyası “Müasir Polşa” və Yanuş Pexoçinskinin Polşa Kəndli Partiyası da keçə bilib.

BAKI, 26 okt — Sputnik. Oktyabrın 25-də Polşa Seyminə keçirilən seçkilərdə keçmiş baş nazir Yaroslav Kaçinskinin partiyası qalib gəlib.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə “exit-poll” aaparan şirkətlərin açıqlamasında deyilir. Y. Kaçinskinin mühafizəkar Hüquq və Ədalət Partiyasına seçicilərin 39,1 faizi səs verib. İkinci yerdə 23,4 faiz səslə baş nazir Yeva Kopaçın “Vətəndaş Platforması”  qərarlaşıb. Rok musiqiçisi Pavko Kukizin “Kukiz 15” hərəkatı 9 faiz səs toplayaraq 3-cü olub.

Qanunverici orqana Rişard Petronun yeni liberal partiyası “Müasir Polşa” və Yanuş Pexoçinskinin Polşa Kəndli Partiyası da keçə bilib. Digər partiyalar Seymdə təmsil olunmaq üçün müəyyən edilmiş baryeri aşa bilməyiblər.

Bu məlumatlar təsdiqlənərsə, Hüquq və Ədalət Partiyası Seymdəki 460 yerdən 242-sinə sahib olacaq və təkbaşına hökumət formalaşdıracaq.

Seçici aktivliyi 51,6 faiz təşkil edib.

Əsas mövzular