08:59 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
298301

Azərbaycanın ikinci peykini orbitə fransızlar çıxaracaq.

BAKI, 25 okt-Sputnik. Azərbaycanın ikinci peykinin orbitə çıxarılması fransız şirkəti tərəfindən aparılacaq. 

Sputnik xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

"Bu peyk radar peykləri daxil olan yeni qruplaşmada olacaq. Bu da imkan verəcək ki, Azərbaycan tək telekomunikasiya imkanları yox, həmçinin də Yerin səthinin müşahidəsi imkanlarını da genişləndirsin", Əli Abbasov qeyd edib.

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının alınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb.

Teqlər:
Yer, orbit, peyk, Azerspace-2/Intelsat 38, Azerspace/Africasat-1a, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əli Abbasov, Azərbaycan

Əsas mövzular