Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Gözlər barədə bilmədiyimiz 12 gerçək

CC0 / PublicDomainPictures / eyesЧеловеческий глаз. Архивное фото
Человеческий глаз. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib.

BAKI, 19 okt – Sputnik. Gözlər insan orqanizminin ən təsirli və cazibədar hissələrindən biridir. Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib. Lakin bizlərin gözlər haqqında nə qədər məlumatımız var?

Kosmosda ağlamaq mümkündürmü, kimlər çəpgözlüyü cazibədarlıq hesab edirdilər?…

Sputnik FaktXəbər-ə istinadən gözlər haqqında bu və digər məlumatları sizlərə təqdim edir.

1. Qonur gözlər əslində mavi rəngdədir, sadəcə  qəhvəyi piqmentlərlə örtülü olur. Hətta qonur gözləri ömürlük maviyə çevirəcək xüsusi  lazer proseduru da var.

2. Kişilərin 1/12-i daltonikdir.

3. Gözlər ömür boyu eyni ölçüdə qalır, burun və qulaq isə inkişaf etməkdən dayanmır.

4. Gözün buynuz təbəqəsi  köpək balığındakına o qədər bənzəyir ki, sonunculardan  bəzən  göz əməliyyatlarında əvəzedici kimi istifadə olunur.

5. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük.

6. Gözlər hər saatda beynə çoxlu sayda informasiya ötürür. Bu kanalın ötürücü  xüsusiyyətini nəhəng şəhərlərin internet provayderləri ilə müqayisə etmək olar.

7. Gözlərimiz saniyədə 50 predmetə fokuslanır.

8. Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən  onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.

9. Adi göz testi ilə 98,3 faiz şizofrenliyi müəyyən etmək olar.

10. İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.

11. Təqribən 2 faiz qadında gözlərin genetik mutasiyası nəticəsində 100 milyon rəng görə bilirlər.

12. Kosmonavtlar qravitasiyaya görə  kosmosda ağlaya bilmirlər. Çünki göz yaşları kiçik diyircəyə çevrilir və gözü göynədir.

Xəbər lenti
0