Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bəzi vergi cərimələri 5 dəfə artırılır

© novosti.azНалоги
Налоги - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergilərin azaldılması və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılması nəzərdə tutulur.

BAKI, 16 okt — Sputnik. Azərbaycanda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergilərin azaldılması və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib.

Nazirin sözlərinə görə, təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklə qəbul olunsa, onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlərin əvvəlkindən 5 dəfə çox, yəni 4 000 manatadək cərimə olunması təklif edilir.

Belə hüquqpozulmasına üçüncü dəfə yol verənlər əvvəlki kimi 1 200 manat yox, 6 000 manat cərimə ödəməli olacaq.

Xəbər lenti
0