CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi rekordlar - II

© Sputnik / Georgy Zelma / Mediabanka keçidГород свободен
Город свободен - Sputnik Azərbaycan
Abunə olmaq
Hərb sahəsindəki maraqlı rekordların ikinci hissəsini təqdim edirik.

BAKI, 16 okt — Sputnik. Hərb sahəsindəki maraqlı rekordların ikinci hissəsini təqdim edirik.

— İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olub. Onlardan 25 milyonu Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar idilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirib. Yaralananlar, kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil edib. 

— Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı (1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxardıb. Üsyana özünü İisus Xristosun (İsa peyğəmbərin) qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi. Onun ordusu "Taypin tyanqo" adlanırdı və tərcümədə "Səmavi rifah dövləti" mənasını verir. 

— Bəlli olan mühasirələrdən ən uzunmüddətlisi, qədim dünyanın tarixçisi Herodotun verdiyi məlumata görə, Misir hakimi I Psammetikin İsraildə İsdudun mühasirəsi olub. O, b.e.ə 664-cü ildən başlayaraq 29 il davam edib.

— SSRİ-də ən çox mükafat alan Leonid Brejnev olub. Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda» ali hərbi ordeni, 8 Lenin, 2 Oktyabr İnqilabı, 2 Qırmızı Bayraq, Boqdan Xmelnitski, I dərəcəli Vətən müharibəsi, Qırmızı ulduz ordenləri, SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu, xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı.

— Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir. O,58 mükafata, o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına layiq görülüb. Bundan əlavə Makartur hərbi kampaniyalarda iştirakına görə 18 ulduz alıb. O,İkinci Dünya müharibəsi zamanı Şərəf ordeni ilə təltif edilib.

— ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən, SSRİ-nin hərbi xərcləri 80-cı illərin sonunda ümumi milli məhsulun 13%-dən 17%-nə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞ-dakı analoji göstəricidən 3 dəfə çox idi. 

— Ekvatorial Qvineyanın prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar verib. Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn "həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir". 

— Ən ağır adi bomba-"Qrand sxem" 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən istifadə edilib. Onun çəkisi 9975 kq, uzunluğu 8 m olub. Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiryolu körpüsünə atılıb. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxardıblar.

Xəbər lenti
0