08:03 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Dünyanın sonu

Qorxunc iddia: Sabah 40 milyon adam zəlzələdən qırıla bilər

docfilms.pp.ua
XƏBƏRLƏR
Qısa URL
227302

London Universitetinin alimi zəlzələ nəticəsində Amerika qitəsinin parçalanacağını deyib.

BAKI, 16 okt-Sputnik. İri miqyaslı zəlzələ milyonlarla insanın həyatına son qoya bilər.

Sputnik xəbər verir ki, bu barədə proqnozu London Universitetinin nüvə mühəndisi, Keşe Fondunun (Keshe Foundation) rəhbəri Mehran Tavakoli Keşe verib.
Keşe fondunun rəsmi on-line səhifəsində alim zəlzələnin oktyabrın 17-də Yerin Qərb yarımkürəsində olacağını iddia edib.

1958-ci ildə İranda doğulan Mehran Keşenin fikrincə, sözügedən zəlzələ o qədər güclü təkanlarla olacaq ki, onun balını müəyyən etmək belə mümkün olmayacaq.
"Təbii fəlakət nəticəsində Şimali Amerika Cənubdan ayrılacaq. Suları əvvəlcə Meksika körfəzi və Karib adalarını, daha sonra isə Çin və Yaponiyanı yuyacaq dəhşətli sunami olacaq. Bu, azı 40 milyon insanın ölümünə səbəb ola bilər." — deyə Keşe əlavə edib.

Londonlu nüvə mühəndisi öz fikirlərini irimiqyaslı zəlzələdən sarsılacaq ABŞ və Kanadanın nəhəng alimləri ilə də bölüşüb.

Britaniya qəzetləri isə yazıb ki, bu, alimin şəxsi proqnozudur və alimlər onu ciddi qəbul etmirlər.

Əsas mövzular