22:41 13 Dekabr 2017
Canlı yayım
Yuxu

Yuxu ilə bağlı maraqlı bilgilər

XƏBƏRLƏR
Qısa URL
63101

Yuxu ilə bağlı maraqlı faktları nəzərinizə çatdırırıq.

BAKI, 15 okt — Sputnik. Yuxu ilə bağlı maraqlı faktları nəzərinizə çatdırırıq. 

İnsan yuxuda ikən faktik iflic vəziyyətdə olur.

Vaxtilə siqaret çəkmiş, sonradan tərgitmiş şəxslər daha parlaq ve real yuxular görürlər.

Bütün insanlar yuxu görür, sadəcə bəziləri heç zaman bunu xatırlamır.

Bəzi insalar yuxunu ağ-qara rəngdə görürlər.

İnsan gördüyü yuxunun 90%-ni unudur.

Hətta kor insanlar da yuxu görürlər.

İnsan xoruldayan zaman yuxu görmür.

Körpələr 3 yaşınadək özlərini yuxuda görmürlər.

3-8 yaş arasında olan uşaqlar böyük insanların bütün ömrü boyu gördüyündən də daha qorxulu yuxular görürlər.

Sutkada 6-7 saat yuxulayan insanlarda cavan yaşlarında ölmək riski, 8 saat yuxulayanlarla müqasiyədə daha azdır.

Orta hesabla insan, ömrünün 6 ildən bir qədər artığını yuxuda keçirir.

İnsanın yaşı artıqca onun yuxuda keçən vaxtı da çoxalır.

Ginnesin rekordlar kitabına düşən ən uzun yuxu 18 gun 21 saat 40 dəqiqə olub.

İnsan bəzən gözüacıq halda bir neçə dəqiqə yuxulayır və özü bunu hiss etmir.

Yeni körpəsi dünyaya gəlmiş valideynlər ilk bir ildə təxminən 400-750 saat yuxu itirirlər.

Heyvanlarda da yuxu fazalarə aşkarlansa da onların yuxu görüb görmədikləri elmə bəlli deyil.

Tədqiqatlar göstərir ki, avtomobil qəzalarının 20%-i yuxusuzluq üzündən baş verir.

Əsas mövzular