18:45 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
XƏBƏRLƏR
Qısa URL
1010

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Türkiyənin paytaxtı Ankarada baş vermiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı bu ölkənin Moskva şəhərindəki Səfirliyində olub.

BAKI, 14 okt — Sputnik. 13 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Türkiyənin paytaxtı Ankarada baş vermiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı bu ölkənin Moskva şəhərindəki Səfirliyində olub.

Səfirlikdə açılmış matəm kitabında ürək sözlərini yazan Səfir Polad Bülbüloğlu Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı Səfiri Ümit Yardım ilə görüşü zamanı isə Azərbaycanın terrordan əziyyət çəkmiş bir ölkə kimi bu terror aktını qətiyyətlə pislədiyini və bu ağır gündə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.


Əsas mövzular