CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edilib

Abunə olmaq
Fondun sədri Elman Mehdiyev bildirdi ki, növbəti ildə qurumun büdcəsinin gəlirləri və xərclərin 3.78,6 milyon manat səviyyəsində planlaşdırılır. Bu da 2015-ci il büdcəsindən 0,7% çoxdur.

BAKI, 7 okt — Sputnik. 2016-cı ildə Azərbaycanda yaşayış minimumu 136 manat, ehtiyac meyarı isə 105 manat təşkil edəcək.

Sputnik xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün komitənin iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti ildə həm yaşayış minimumu, həm də ehtiyac meyarında artım olacaq: “Əgər 2006-cı ildə yaşayış minimumu 64 manat, 2015-ci ildə 131 manat olubsa, 2016-cı ildə bu rəqəm 136 manat olacaq. Ehtiyac meyarı 2006-cı ildə 30 manat idisə, 2016-ci ildə bu rəqəm 105 manat təşkil edəcək. Bu da 3 dəfə artım deməkdir”.

Sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında bildirdi ki, cari ildə ölkədə orta aylıq əmək haqqı 458 manat təşkil etdiyindən yaşayış minimumu və ehtiyac meyarı tələblərə cavab verir. “Amma növbəti ildə orta aylıq əmək haqqı 474,5 manat proqnozlaşdırıldığından yaşayış minimumu və ehtiyac meyarında da müəyyən artım olacaq. Düzdür, biz istəyirik ki, ölkədki yaşayış minimumu inkişaf etmiş ölkələrdəki səviyyədə olsun, amma indiki halda hələ bunu etməyə imkanımız yoxdur. Ancaq bu, bizim fəaliiyətimizin prioritet istiqamətlərindədndir.”

Komitədə eyni zamanda  DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edildi. Fondun sədri Elman Mehdiyev bildirdi ki, növbəti ildə  qurumun büdcəsinin gəlirləri və xərclərin 3.78,6 milyon manat səviyyəsində planlaşdırılır. Bu da  2015-ci il büdcəsindən 0,7% çoxdur.


Xəbər lenti
0