16:00 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
4510

Belə bir təkliflə parlamentin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

BAKI, 30 sen — Sputnik. Millət vəkili son günlərdə cəbhə xəttində yaranmış vəziyyətin Milli Məclisdə geniş müzakirəsini təklif edib. Belə bir təkliflə parlamentin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, son günlərdə cəbhə xəttində düşmən tərəfin ciddi itki verməsi Ermənistanda “panika” yaradıb və onların rəsmiləri bu narahatlğı dilə gətirməkdədirlər. Odur ki, yaranmış vəziyyət parlamentin iclaslarının birində müdafiə naziriliyi, xarici işlər nazirliyi və digər aidiyyati qurumların rəhbərlərinin iştirakı ilə mütləq müzakirə  olunmalıdır. 

“Bu iclasda biz bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara konkret mesaj verməliyik.  İşğal altında olan torpaqlarımızın işğal faktı ilə razı ola bilmərik və buna imkan verilməyəcək. Torpaqlarımızın işğaldan azad olunması üçün konkret qərarlar qəbul edilməlidir. Artıq son günlərdə cəbhə xəttində yaşanan hadisələrdən sonra ermənilər kütləvi surətdə ölkəni tərk etməyə başlayıb. Biz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamamışdan öncə düşmən tərəfini ciddi itkilərə məruz qoymalıyıq.“

Əsas mövzular