07:16 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
232 0 0

Uğursuzluqların vacib səbəblərindən biri də imtahana və iş görüşünə getməzdən əvvəl yediyimiz yeməklərdir.

BAKI, 27 sent-Sputnik. İnsanlar var ki, imtahana, ya da iş üçün görüşə gedərkən çox vaxt uğursuzuğa düçar olurlar. Evə ayıdandan sonra imtahan verənlər adətən deyilər ki, "bildiyim şeyləri belə yaza, danışa bilmədim. Elə bil beynim tormozlanmışdı." Yaxud işə düzəlmək istəyənlər normal cavab verə, bildikləri sahədən yaxşı səviyyədə danışa bilmədiklərinə görə özlərini qınayırlar. Onlar hətta təəccüb edirlər ki, niyə bu zaman özlərini bu qədər diskomfortda hiss ediblər. Əslində bunun çox sadə səbəbləri var ki, onlardan biri də imtahana, iş görüşməsinə getməmişdən qabaq yediyiniz yeməklərdir. Çünki bu yeməklər imtahan və müsahibə zamanı diqqətin düzgün yönləndirilməsinə, zehnə təsir edir. Həmçinin insanın özünü komfortda və ya diskomfortda hiss etməsinə zəmin yaradır. Odur ki, imtahan və görüşə getməmişdən əvvəl zehni açan, sizə inamlı görünməyə kömək edən yeməklərə üstünlük vermək lazımdır. 

Sputnik "Cazibe" on-line nəşrinə istinadən sizə iş görüşməsinə və imtahana gedərkən yeyilməsi və yeyilməməsi lazım olan yeməkləri təqdim edir:

Müsahibədən əvvəl bunları yeməyin:

1. Sarımsaq və soğan: Ağız qoxusu yaradar.
2. Gülkələmi, brokoli, kəvər və salatlar: Çox yedikdə narahatlıq verər.
3. Quru paxla, noxud, yarma: Qəbizliyə səbəb olar.
4. Şəkər və şəkər tərkibli yeməklər: Elə düşünürük ki, zehni açar amma elə deyil, hətta konsentrasiya müddətinizi qısalda bilər! Çünki qan şəkərini sürətlə yüksəldib aşağı salar.
5. Yağlı yeməklər: Həzm sistemi problemlərinə və şişkinliyə səbəb ola bilər.

Müsahibədən əvvəl bunları içməyin:

1. Çay, qəhvə: Həddindən artıq istifadə etməyin. Yüksək kofein sizi gərgin edə bilər.
2. Qazlı içkilər: Gəyirməyə və qəbizliyə səbəb olar.
3. Süd, ayran: Süd yuxu gətirir, ayran isə şişkinliyə səbəb olur.

Bunları yeyə bilərsiniz:

1. Yağsız ət, toyuq və balıq: Tox saxlayar. Görüş zamanı qarınınız quruldamaz.
2. Tam taxıllı çörək: Uzun müddət enerji verər.
3. Zeytun yağlı tərəvəz yeməkləri: Tox qalmağa kömək edər. Salat kimi narahatlıq vermə riski daha azdır.
4. Banan: Seratonin ifraz etməyinizə köməkçi olar, özünüzü daha yaxşı və enerjili hiss etməyinizi təmin edər.

Bunları içə bilərsiniz:

1. İlıq su: Soyuq su ilə müqayisədə mədəni daha yavaş tərk edər. Zəruri ehtiyaclar baxımından ilıq su daha yaxşıdır.
2. Çobanyastığı çayı: Çox gərginsinizsə, stress səviyyənizi azaltmaqda köməkçi olar.

Əsas mövzular