10:08 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Hz. Mǝhǝmmǝd hǝr zaman sevgini öyrǝtdi

ABŞ-da reklam plakatı: Hz. Mǝhǝmmǝd hǝr zaman sevgini öyrǝtdi

© usnews
XƏBƏRLƏR
Qısa URL
16311

Şimali Amerika İslam İcması (ICNA)-nın da dəstəklədiyi kampaniya, İslam və müsəlmanlarla əlaqəli səhv məlumat və yanlış iddiaları aradan qaldırmağı və İslamafobyaya fürsət verməməyi qarşısına məqsəd qoyub.

BAKI, 21 sen — Sputnik. "Hz. Mǝhǝmmǝd hǝr zaman sevgini öyrǝtdi, nifrǝti, zorakılığı deyil"

Bu cümlə, Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərindəki reklam lövhǝlǝrindǝ əks olunub.

Şəhər merinin təşkilatçılığı ilə bölgədə, İslamafobiyaya qarşı məlumatlandırıcı reklam kampaniyası başladılıb.

Şimali Amerika İslam İcması (ICNA)-nın da dəstəklədiyi kampaniya, İslam və müsəlmanlarla əlaqəli səhv məlumat və yanlış iddiaları aradan qaldırmağı və İslamafobyaya fürsət verməməyi qarşısına məqsəd qoyub.

San Dieqodakı reklam afişalarında bunlar yazılıb:

"Hz. Məhəmməd sülhə, ədalətə, qadın haqqlarına inandı" və "Allah simanıza və zǝnginliyinizǝ görə hökm verməz"

Reklam lövhǝlǝrindǝ pulsuz 1-877-Why-İslam? (nə üçün İslam?) telefon xətti və online ünvan  da qeyd olunub.

ICNA-nın rəhbəri Naeem Baig, Amerikalıların Hz. Məhəmməd haqqında çox maraqlandıqlarını ifadə edərək,  reklam plakatları yerləşdirildikdən sonra web saytı ziyarət edən və zəng edənlərin sayında böyük artım olduğunu söyləyib.

ICNA rəhbərinin köməkçisi İmam Khalid Griggs ölkə daxilində yüzlərlə reklam afişasının daha asılacağını ifadə edib.

Əsas mövzular