16:50 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Мумия юноши 16-18 лет

Azərbaycanda tapılan mumiyanın şəkilləri

Sputnik
XƏBƏRLƏR
Qısa URL
90021

İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir qrup media nümayəndəsi Zəncan vilayətində səfərdə olub.

BAKI, 21 sen — Sputnik. İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir qrup media nümayəndəsi Zəncan vilayətində səfərdə olub. Yoğun səfər proqramı çərçivəsində Zəncanın maddi mədəniyyət abidələrindən biri olan  Zülfüqari ev muzeyi də ziyarət edilib.

Muzey haqqında məlumat verən bələdçi Yəhya Rəhməti bildirib ki, Pəhləvilər dövründə Mahmud xan Zülfüqari Zəncanın xanı olub. Amma İranda İslam inqilabı baş verən kimi Mahmud xan Zülfüqari ABŞ-a qaçır və bir müddət sonra orada dünyasını dəyişir. Zülfüqarinin yaşadığı saray bu gün Zəncanın ən məşhur muzeylərindən biridir. 

Muzeyin eksponatlardan ən maraqlısı və turistlərin diqqətini çəkəni duz mədənindən tapılmış mumiyadır. Təxminən 2350 il yaşı olan bu mumiya adam duz mədənində həlak olsa da, duz onu qurudub və günümüzədək tam formada saxlayıb. Mumiya Əhəmənilər dövrünə aid olan eksponat hesab olunur.

Bələdçinin dediklərindən: “Burada nümayiş olunan mumiya-adam Zəncanın tarixinin qədimliyinə isbatdır. Bu adamın əynindəki kətan paltar, ayağındakı ayaqqabı formalı çarıq o dövrdə Zəncanda mədəniyyətin inkişaf etdiyini göstərir. Xüsusilə də ayaqqabı. Hər birimizə bəllidir ki, müasir ayaqqabının yaşı 900 ildir. Amma bu mumiyanın ayağındakı ayaqqabını xatırladan çarıq əslində bu geyimin daha qədimdə mövcud olduğuna sübutdur”.

  • Мумия юноши 16-18 лет
    Мумия юноши 16-18 лет
    Sputnik
  • Мумия юноши 16-18 лет
    Мумия юноши 16-18 лет
    Sputnik
  • Мумия юноши 16-18 лет
    Мумия юноши 16-18 лет
    Sputnik
  • Мумия юноши 16-18 лет
    Мумия юноши 16-18 лет
    Sputnik
  • Мумия юноши 16-18 лет
    Мумия юноши 16-18 лет
    Sputnik
1 / 5
Sputnik
Мумия юноши 16-18 лет

Əsas mövzular