11:46 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6511

Vladimir Putinin köməkçisi Dmitri Peskov, hazırda Suriyanın heç bir bölgəsində rus əsgərləri olmadığını, lakin tələb gələrsə, bu haqda düşünəcəklərini söyləyib.

BAKI, 18 sen — Sputnik. "Hazırda Suriyada rus əsgərləri yoxdur. Ancaq ehtiyac yaranarsa biz Rusiyadan bu yöndə yardım istəyə bilərik". Bunu Suriyanın xarici işlər naziri Vəlid Müəllim dövlət televiziyasına açıqlamasında deyib.

Rəsmi Kreml də hazırda Suriyada rus əsgərləri olduğu iddialarını yalanlayıb. Vladimir Putinin köməkçisi Dmitri Peskov, hazırda Suriyanın heç bir bölgəsində rus əsgərləri olmadığını, lakin tələb gələrsə, bu haqda düşünəcəklərini söyləyib.

Bununla belə Dmitri Peskov, Bəşər Əsədə silah göndərməkdə davam edəcəklərini də vurğulayıb.

Teqlər:
Suriyanın xarici işlər naziri, Vəlid Müəllim, Peskov, Vladimir Putinin köməkçisi Dmitri Peskov, Bəşər Əsəd, Suriya

Əsas mövzular