07:04 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
53

15 sentyabr Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejiminə keçib.

BAKI, 15 sen — Sputnik. 15 sentyabr Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejiminə keçib. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Sputnik-ə açıqlama verilib.

Məlumata görə, 141 qaynar xəttinə 07:00-dən 11:00-a kimi sorğu xarakterli 100-dən çox zəng daxil olub. Səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub. Bir neçə gün öncədən, dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə  baxmayaraq sürücülər yenə də avtomobilləriini məktəblərin yanında park etməsi yolda uzun müddətli sıxlığın yaranmasına səbəb olub. 

Sıxlıq xüsusilə paytaxtın Azadlıq prospekti, Nəriman Nərimanov prospekti, Təbriz prospekti, Bakıxanov küçəsi, Neftçilər prospekti, Həsən Əliyev küç., Yusif Səfərov küç., İnşaatçılar pr., Koroğlu Rəhimov küçələrində müşahidə olunub.

Teqlər:
Yeni tədris ilinin başlanması, Yeni tədris ili, tıxac problemi, tıxac, 15 sentyabr, Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, NİİM, Azərbaycan

Əsas mövzular