BAKI, 15 sen — Sputnik. Diyarbakırda bir polis bölməsinə raketlə hücum etmək istəyən PKK terrorçusu səhvən özünü öldürüb.
Belə ki, əlindəki raketlə bölməyə yaxınlaşan terrorçu, polislərin onu görməsindən sonra təşvişə düşüb. Elə o andan sonra tərəflər arasında qısa atışma yaşanıb. Raketi tənzimləməyə çalışan PKK-lı səhvən özünü öldürüb.