23:21 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
217531

Türkiyə prezidenti: Roş-Ha-Şana bayramı ǝrǝfǝsindǝ İsrail tǝhlükǝsizlik qüvvǝlǝrinin Әl-Әqsa məscidində müsǝlmanların yaralanmasına sǝbǝb olan müdaxilǝlǝrini kǝskin dillǝ qınayıram.

BAKI, 15 sen — Sputnik. Türkiyə prezidenti Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlu yəhudilikdə yeni il olaraq tanınan Roş-Ha-Şana bayramı münasibǝtilǝ musǝvi vǝtǝndaşları tǝbrik ediblǝr.

"Musǝvilik inancının ǝn dəyərli dini bayramlarından olan Roş-Ha-Şana münabisǝtilǝ musǝvi vǝtǝndaşlarımızı tǝbrik edirǝm. Fǝrqliliklǝri zǝnginlik olaraq görǝn, tǝmǝl insan haqlarına böyük ǝhǝmiyyǝt verǝn, bütün etnik vǝ dini qrupların ǝsrlǝrdir sülh içindǝ bir arada yaşamalarına imkan yaradan bir ǝnǝnǝnin mǝnsubu olan bizlǝr bütün vǝtǝndaşlarımızın öz mǝdǝniyyǝt, din vǝ ǝnǝnǝlǝrini azad şǝkildǝ yaşaya bilmǝlǝrilǝ fǝxr edirik"

Türkiyǝdǝ fǝrqli dinlǝrǝ mǝnsub insanların bir arada yaşadıqları sülh şǝraitinin Qüdsdǝ vǝ bölgǝdǝ hakim olmasını istǝyǝn Ərdoğan daha sonra əlavə edib:

"Roş-Ha-Şana bayramı ǝrǝfǝsindǝ İsrail tǝhlükǝsizlik qüvvǝlǝrinin Әl-Әqsa məscidində müsǝlmanların yaralanmasına sǝbǝb olan müdaxilǝlǝrini kǝskin dillǝ qınayıram"

Baş nazir Davudoğlu da musǝvi vǝtǝndaşları bayram münasibǝtilǝ tǝbrik edib:

"Tarix içǝrisindǝ ǝsrlǝrdir hǝr dövrdǝ ölkǝmizin inkişafında uğurlu şǝkildǝ xidmǝt göstǝrǝn musǝvi vǝtǝndaşlarımızın Roş-Ha-Şana bayramını tǝbrik edirəm"

Teqlər:
yəhudilərin yeni il bayramı, yəhudilərin bayramı, yəhudi, Roş-Ha-Şana bayramı, Әhmǝd Davudoğlu, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan, Türkiyə

Əsas mövzular