BAKI, 13 sent-Sputnik. Amerikalı tələbələrin fantaziyaları bitib-tükənməzdir. Elə bilməyin ki, onlar təkcə dünyada qabaqcıl texnologiyaların inkişafına verdikləri töhfələrlə, İKT sahəsində əldə etdikləri uğurlarla məşhurdurlar. Onları məşhur edən başqa ixtiraları da var ki, amma bu ixtiraların elmlə, texnologiya ilə yaxından-uzaqdan bir əlaqəsi yoxdur. Amma kifayət qədər ağlasığmazdır və hətta kreativdir.
Bu şəkillərə baxandan sonra, kreativliyin nədən ibarət olduğunu anlayacaqsız. Beləliklə, Sputnik təqdim edir:
Ütünün və fenin köməyi ilə yemək bişirmək daha əvvəl ağlınıza gəlmişdi?

Dükanlarda yük daşımaq üçün istifadə edilən diyircəkli arabadan manqal kimi də istifadə etmək olar

Siz heç elektrik drelindən mikser kimi istifadə etdinizmi?

Divan xarab olanda, atmaq nəyə lazım, stulu içinə qoyun, divanda əyləşirmiş kimi əyləşin!

Evdə aşsüzən olmayanda, tennis raketinə nə gəlib?

Hər dəfə beli ölçmək nəyə lazım, ölçüsü üstündə olan kəmər varkən.

Maşının güzgüsü qırılıb? Qız dostunuzun güzgülü darağına nə gəlib?

Tənbəllər üçün velosipedlə otçalanın montajı çətin iş olmasın gərək.

Xətkeşlə qapağın vəhdəti pizzakəsən olur.

Poçt qutusuna bərkidilmiş "Qar adam" daha etibarlı deyilmi?

Onlar islanmasın, sahiblərinə nə olursa olsun.

Corab həmişə baş barmaq tərəfdən cırılırsa, nə etməli?
