06:21 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
72010

238 nəfərin xəsarət aldığı bildirilib.

BAKI, 12 sent-Sputnik. Səudiyyə Ərəbistanında "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb.

Sputnik xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Bundan əvvəl 87 nəfərin öldüyü, 184 nəfərin xasarət aldığı bildirilirdi.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.

Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.

Hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.
Faciədə 2 Türkiyə vətəndaşı ölüb, 19-u yaralanıb. Ölənlər arasında 1 İran vətəndaşı olub. 25 iranlı isə yaralanıb.

Qafqaz Müsəlmanları İdarəsi faciə yerində azərbaycanlı zəvvarların olmadığını bildirib.

 

Teqlər:
İran, Məscidül-Həram, Səudiyyə Ərəbistanı, Məkkə, Türkiyə, Məscidül-Həram, Səudiyyə Ərəbistanı

Əsas mövzular