20:35 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Məftil

Ayrı düşmüş ailələrin görüşünə icazə verib

© Flickr /
XƏBƏRLƏR
Qısa URL
19 0 0

65 il öncəki müharibə nəticəsində məftil hasarların ayırdığı 100-ə yaxın ailə 20 və 26 oktyabr tarixlərində görüşdürüləcək.

BAKI, 8 sen – Sputnik. Şimali və Cənubi Koreya rəsmiləri uzun müddətdir davam edən danışıqlardan sonra Koreya müharibəsi (1950-53) səbəbindən dağılan ailələrin görüşməsi üçün razılığa gəliblər.

65 il öncəki müharibə nəticəsində məftil hasarların ayırdığı 100-ə yaxın ailə 20 və 26 oktyabr tarixlərində görüşdürüləcək. Görüşün Şimali Koreyadakı istirahət zonalarından birində keçiriləcəyi bildirilib.

Ailələr axırıncı dəfə 2014-cü ilin fevralında görüşmüşdülər.

2000-ci ildən etibarən başlayan və ənənə halını alan görüşlərin hər il təkrarlanması nəzərdə tutulub.

Ancaq bundan öncə Şimali Koreya dəfələrlə bir çox görüşməni son anda ləğv edib.

Koreya Müharibəsindən sonra 66 mindən çox ailə iki ölkəyə səpələnmişdi. Bir çox insan ailəsini görmədən vəfat edib.

Əsas mövzular