19:49 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Нелегальные мигранты отправляются в Европу через Средиземное море.

Avropa Birliyi qaçqın böhranını həll etmək üçün plan hazırlayıb

polit.ru
XƏBƏRLƏR
Qısa URL
2501

Fransa və Almaniya 70 mindən çox mühaciri qǝbul edǝcǝk. Qalan 60 min immiqrant isə digər ittifaq ölkələri arasında bölüşdürüləcək.

BAKI, 8 sent – Sputnik. Avropa Birliyi komissiyası miqrant problemini həll edə biləcək planın hazır olduğunu açıqlayıb.

Hazırlanan plana ǝsasǝn Macarıstan, Yunanıstan vǝ İtaliyanın qaçqın yükü Fransa ilǝ Almaniya arasında bölüşdürülǝcǝk.

Fransa və Almaniya 70 mindən çox mühaciri qǝbul edǝcǝk. 40 min qaçqın Almaniyaya, 31 min qaçqın isǝ Fransaya göndǝrilǝcǝk.

Qalan 60 min immiqrant isə digər ittifaq ölkələri arasında bölüşdürüləcək.

Qaçqın qǝbul etmǝk istǝmǝyǝn ölkǝlǝr isǝ pul verǝrǝk kömǝklik göstǝrǝ bilǝcǝklər.

Plan 9 sentyabr səhər saatlarında rǝsmi olaraq açıqlanacaq.

Şǝrqi Avropa ölkǝlǝri isǝ kvota çǝrçivǝsindǝ qaçqınların bölüşülmǝsinin ǝleyhinǝdir. Slovakiya və Macarıstan müsǝlman qaçqınları qǝbul etmǝk istǝmǝdiyini bildirib.

Komissiya planına görǝ 2 min 287 qaçqın qǝbul etmǝsi vacib olan Slovakiya sadǝcǝ 200 qaçqın qǝbul edǝ bilǝcǝyini, onların da xristian olmasının lazım gǝldiyini açıqlayıb.

İngiltǝrǝnin qaçqınlarla bağlı siyasǝti isǝ gözdǝn keçirilib. Digǝr Avropa ölkǝlǝrindǝn fǝrqli olaraq İngiltǝrǝ qǝbul edǝcǝyi qaçqınları Avropaya gǝlib çıxmış olanlardan yox, Suriyaya qonşu ölkǝlǝrdǝn özü seçǝcǝk.

Rǝsmi Londonun 20 min qaçqını qǝbul etmǝyǝ hazırlaşdığı açıqlanıb.

Əsas mövzular