16:10 24 Fevral 2018
Canlı yayım
Lufthansa Boeing 747-400

Pilotlar yenidən tətilə başlayırlar

© Flickr/ Canadian Pacific
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Almaniyanın “Lufthansa” aviaşirkətinin törəmə şirkəti olan “Lufthansa-Germanwings”-in pilotları növbəti tətilə başlayırlar.

BAKI, 8 sen — Sputnik. Almaniyanın “Lufthansa” aviaşirkətinin törəmə şirkəti olan “Lufthansa-Germanwings”-in  pilotları növbəti  tətilə başlayırlar.

Sputnik-in RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya pilotlarının həmkarlar ittifaqı “Vereinigung Cockpit” (VC) bəyan edib.

Tətil yerli vaxtla saat 08:00-da başlayaraq, sentyabrın 9-dək davam edəcək. Pilotların növbəti tətilinə səbəb həmkarlar ittifaqı və aviaşirkət rəhbərliyi arasında uzun müddət davam edən tarif münaqişəsidir.

Tətillə əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. Martda keçirilən aksiya zamanı 74 sərnişin və 15 yük aviareysi ləğv edilmişdi.

“Lufthansa” aviaşirkətinin pilotları ilk tətili 2014-cü ilin aprelində keçirmişdilər.

Əsas mövzular