23:11 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Авария - Смерть

Qubada ağır yol qəzası - 3 nəfər öldü

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
5611

Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

BAKI, 8 sen — Sputnik. Quba rayonunda ağır yol qəzası baş verib, 3 nəfər ölüb.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu həmçinin, 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat edib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən — xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil verib. Əməliyyat saat 22:45-də başa çatıb.

Teqlər:
avtoqəza, ağır yol qəzası, qəza, FHN, Fövqəladə Hallar Nazirliyi, Quba, Azərbaycan

Əsas mövzular