17:46 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
66002

Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

BAKI, 5 sent — Sputnik.Samoasında yaşayan dünyanın ən kiçik boylu insanı Çandra Bahadur Danqi (Chandra Bahadur Dangi) dünyasını dəyişib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 54,6 sm olub.

Danqi 76 yaşında ölüb. Bir həftə öncə o, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Danqi həmçinin indiyə kimi qeydə alınmış ən balacaboy insan kimi də Ginnes Rekordları tituluna sahibdir. O, bu titulları 2012-ci il 26 fevral tarixindəki yoxlamalardan sonra əldə edib.

Teqlər:
Samoasın, Nepal, Chandra Bahadur Dangi, ölüm, Chandra Bahadur Dangi, Samoasın, Nepal, Ginnesin Rekordlar Kitabı

Əsas mövzular