00:22 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
44711

İki kişinin məhəbbətindən bəhs edən “Seek McCartney” adlı film Çində nümayişlə bağlı lisenziya əldə edib.

BAKI, 5 sent — Sputnik. İki kişinin məhəbbətindən bəhs edən “Seek McCartney” adlı film Çində nümayişlə bağlı lisenziya əldə edib.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. 

Bu, ölkə kinoteatrlarında müstəqil şəkildə nümayiş icazəsi alan homoseksuallar barədə ilk ekran işidir. Premyeranın tarixi hələlik məlum deyil, lakin filmin qışda nümayişə çıxarılacağı gözlənilir.

Filmdə məşhur Çin müğənnisi Xan Gen və fransız aktyoru Ceremi Elkin çəkilib. Drama üzərində Çin və Fransa prodüsserləri birgə çalışıb.

Rejissor Vanq Çao yerli hökumətin bu qərarını “senzorlar üçün kiçik və bütün kinematoqraflar üçün böyük addım” adlandırıb. Rejissor filmin nümayişi ilə bağlı Çinin dövlət strukturları ilə bir ilə yaxın danışıqlar aparıb.

Çin hökuməti məsələ ilə bağlı açıqlama verməyib.

Məlumdur ki, iki kişinin öpüş səhnəsinə görə yerli istehsal olan “Dalan” filminin nümayişinə icazə verilməmişdi.

Xatırladaq ki, Çində reytinq sistemi olmadığından, kinoteatrlarda istənilən filmi bütün yaş kateqoriyaları izləyə bilər. Bu səbəbdən eynicinslilərin münasibətləri barədə olan ekran işlərinin nümayişi Çində qadağan olunub. Bununla yanaşı, belə filmlərin DVD-lərdə yayılmasına ölkədə məhdudiyyət qoyulmayıb.

Teqlər:
DVD, Rejissor Vanq Çao, fransız aktyoru Ceremi Elkin, Çin müğənnisi Xan Gen, The Hollywood Reporter, Seek McCartney, Çin, Fransa, Vanq Çao, Çin

Əsas mövzular