17:02 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
25612

Nəsimi rayonunun sabiq icra başçısı Nəsib Məhəməliyev YAP-ın 109 saylı Balakən seçki dairəsindən namizədi olacağını açıqlayıb.

BAKI, 4 sent-Sputnik. Parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət də qalxmaqdadır. Artıq deputat mandatı uğrunda gərgin mübarizə başlayıb. Deputat olmaq istəyənlərin əksəriyyəti isə YAP-ın siyahısını gözləyir. Artıq YAP-da namizədlik uğrunda ciddi mübarizə gedir. Çünki YAP bir sıra deputatlarla vidalaşmalı olacaq. Bunlar arasında cəmiyyətdə  tanınan simalar da var. Ehtimallara görə, YAP-ın vidalaşacağı simalardan biri də Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova olacaq. Artıq YAP Rəbiyyət Aslanovanın deputat seçildiyi Balakən rayonundan onu əvəzləyəcək şəxsi də müəyyən edib.

Sputnik-in məlumatına görə, bu şəxs, bu günlərdə ölkə başçısının sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Nəsib Məhəmməd oğlu Məhəməliyevdir.

Artıq bunu sabiq icra başçısı özü də təsdiq edib. Sabiq icra başçısı yerli mətbuta açıqlamasında deyib ki, o, öz arzusu ilə vəzifəsindən azad edilib və məqsədi də deputat olmaqdır. Nəsib Məhəməliyev “Unikal” qəzetinə müsahibəsində vəzifəsindən azad olunmasının səbəblərini açıqlayaraq deyib: “Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP-ın namiziədi kimi qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb.”

Sabiq icra başçısı deyib ki, öz namizədliyini Balakən rayonundan irəli sürməyi düşünür.

Qeyd edək ki, həmin rayonu parlamentdə  hazırda Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, professor Rəbiyyət Aslanova təmsil edir.

Onu da əlavə edək ki, komitə sədrinin oğlu Prezident Administrasiyasında şöbə müdiri çalışmış Elnur Aslanovun 2014-cü ildə Türkiyədə böyük qalmaqala səbəb olmuş “paralel hakimiyyət” problemində adı hallandırıldığına görə vəzifəsindən kənarlaşdırılıb. Onun dünya “nurçu” şəbəkəsinin və Türkiyədəki “paralel hakimiyyət”in lideri Fətullah Gülənlə bağlı olduğu bildirilirdi.

Elnur Aslanov hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

Teqlər:
Azərbaycan, Nəsib Məhəməliyev, YAP, Nəsimi Rayon İcra Hakimiyyəti, Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi

Əsas mövzular