08:25 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
701

Türkiyənin baş naziri: Aralıq dənizi sahillərində ölənlər bizim körpə balalarımızdır.

BAKI, 4 sent – Sputnik. Türkiyənin baş naziri Әhmǝd Davudoğlu qaçqınlarla bağlı olaraq Avropada yaşanan böhrana dair yazılı açıqlama verib.
Sputnik Türkiyə Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, “Vaxt itirmədən, məsuliyyətlərimizi anlamalı və öhdəliklərimizi yerinə yetriməliyik” deyən Davudoğlu Avropalı liderlərə müraciət edib: “Dünya hal-hazırda tarixinin ǝn böyük insanlıq faciǝlǝrindǝn biri ilǝ üz-üzədir. Yaxın Şǝrqdǝ illǝrdir görməzdən gəlinən bu böhran hazırda Avropa sahillǝrinǝ gedib çıxıb”.
Baş nazir daha sonra əlavə edib: “Mǝsǝlǝ artıq hüquq, siyasǝt, beynǝlxalq tarazlıq mǝsǝlǝsi deyil, insanlığın gǝlǝcǝyi mǝsǝlǝsidir. Siz bağlı qapılar arxasında müzakirələr aparırsınız, lakin əldə olunan nəticə nədir? Aralıq dənizi sahillərində ölən körpə balalarımızdır.”
Davudoğlu açıqlamasında Türkiyǝnin Dünyada ǝn çox qaçqın qǝbul edǝn ölkǝ olduğunu da vurğulayıb. 


Əsas mövzular