05:42 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Escala sismológica de Richter

Azərbaycanın cənub rayonlarında da zəlzələ baş verib

© Flickr/ mikael altemark
XƏBƏRLƏR
Qısa URL
12021

Episentri İran ərazisində olan zəlzələ Azərbaycanla həmsərhəd rayonlara da sirayət edib.

BAKI, 4 sent-Sputnik. Bu gün Azərbaycanın cənub bölgəsində də zəlzələ olub. Belə ki, bu gün səhər saatlarında İranın Ərdəbil əyalətinin Azərbaycanın sərhəddinə yaxın Parsabad, Biləsuvar və Germi şəhərlərində güclü zəlzələ baş verib.

Sputnik İRNA-ya istinadən xəbər verir ki, zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində yerli sakinlər təşvişə düşüb. Sakinlər evlərini tərk edib küçə və xiyabanlara axışıblar. Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Təbii fəlakət Azərbaycanın cənub rayonlarında hiss olunub. Bu barədə Sputnik-ə bölgədə yaşayan yerli sakinlər bildiriblər. Onların dediyinə görə, bu gün səhər saatlarında baş verən zəlzələ Yardımlı, Cəlilabad, Lənkəran, Lerik rayonlarında hiss olunub, xoşbəxtlikdən ciddi fəsadlara yol açmayıb.

Teqlər:
cənub rayonları, təbii fəlakət, zəlzələ, Azərbaycanda zəlzələ, Azərbaycan

Əsas mövzular