02:52 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
9210

Hökumət Avropada sığınacaq axtaran immiqrantlara qapılarını açmaq əvəzinə mühacir böhranının yaşandığı ölkələrə pul yardımı etmək qərarına gəlib.

BAKI, 2 sent — Sputnik. Ölkələrindəki müharibələrdən qaçan və sığınacaq axtaran mühacirlər üçün İsveçrədən maraqlı bir təklif gəlib.

İsveçrə hökuməti və xalqı Avropada sığınacaq axtaran immiqrantlara qapılarını açmaq yerinə immiqrant böhranının yaşandığı ölkələrə pul yardımı etmək qərarına gəlib.

Bern Universitetinin keçirdiyi anket sorğusunda iştirak edən mindən çox adamın 83,1 faizi bu fikri müdafiə edib.

Sorğuda iştirak edənlərin 3-də 2-si qaçqınların ölkənin rifahına zərər verəcəyini düşündüyünü, təxminən yarısı isə sərhədlərin müvəqqəti olaraq bağlanılması fikrini söyləyib.

İsveçrə hökuməti də öz növbəsində immiqrant böhranından təsirlənən Balkan ölkələrinə kömək edəcəyini, ancaq bunun maddi dəstək şəklində olacağını bildirib.

Teqlər:
İsveçrə, Bern Universiteti, mühacir, mühacirlər, miqrant, miqrantlar, Miqrantlar Avropada, Avropada miqrant, Avropada miqrantlar, Avropada qaçqın miqrant, Avropada qaçqın, Avropada qaçqın miqrantlar, Avropada sığınacaq, immiqrant, İsveçrə hökuməti

Əsas mövzular