BAKI, 2 sent-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərtac-a istinadən xəbər verir ki, prezidentin başqa bir sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.