02:04 25 Fevral 2018
Canlı yayım
Bahar Muradova

Vitse-spiker siyasi partiyalara çağırış edib

day.az
XƏBƏRLƏR
Qısa URL
2912

Bahar Muradova: Deputatlığa namizədlər irəli sürərkən qadınlara üstünlük verin!

BAKI, 2 sent-Sputnik. Vitse-spiker siyasi partiyalara çağırış edib. Qadınlar parlamentə o zaman çox seçilə bilər ki, siyasi partiyalar daha çox qadın namizədlərə üstünlük versinlər.

Sputnik xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova  parlamentə  qadınların seçilməsi məsələsi ilə bağlı jurnalistlərə mövqeyini bildirərkən belə deyib.

Onun sözlərinə görə, qadınların parlamentdə çoxluğu siyasi partiyalardan asılıdır. “Siyasi partiyalar nə qədər çox qadın namizəd irəli sürərsə, o zaman qadın parlamentarilərin də sayı parlamentdə bir o qədər çox olar. Ona görə də siyasi partiyalar öz seçici siyahısına daha çox qadın namizəd daxil etsin və onlara etimad göstərsin” — deyə vitse-spiker bildirib.

Muradova mənsub olduğu partiyanın seçki siyasətindən danışarkən deyib: “YAP olaraq biz bu prinsipə hər zaman üstünlük vermişik və hər dəfə seçkilər zamanı daha çox qadın namizədə etimad göstərilir. Bu siyasət bundan sonra da davam edəcək və YAP-dan daha çox qadın parlamentari seçiləcək”.

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək.


Teqlər:
YAP, vitse-spiker, Bahar Muradova, Parlament seçkiləri, parlament, Milli Məclis, Milli Məclis, YAP, Bahar Muradova, Azərbaycan

Əsas mövzular