12:14 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Metro loqo

Biləcəri sakinləri üçün yerüstü keçid tikilir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
11211

Artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb.

BAKI, 2 sent — Sputnik. Biləcəri sakinlərinin "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq Bakı-Sumqayıt şossesi üzərindən yerüstü piyada keçidi tikiləcək.

Bunu Sputnik-ə açıqlamasında  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.

"Artıq  piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və  fundament qazılıb. Biz çalışırıq ki, ilin sonunadək bütün işləri yekunlaşdıraq. Çünki metroda tikinti işləri yekunlaşsa da, orada avadanlıqların quraşdırlması, abadlıq işlərinin görülməsi və sərnişinlərin rahat  və təhlükəsiz hərəkəti təmin etmək məsələsi vaxt aparan məsələdir" — deyə N. Paşayev vurğulayıb.

Onun sözlərinə görə səhmdar cəmiyyəti "Avtovağzal" və "MemarƏcəmi-2" stansiyaları üzrə işləri qısa zamanda bitirib eyni vaxtda təhvil verilməsini təmin etməyə çalışır.

Əlaqədar

Metropoliten "Bakıkart"lardakı səhvlərin düzəldiləcəyini bildirib
"Sahil" və "İçərişəhər" metrostansiyalarında hərəkəti bərpa edilib
Bakı metrosuna daha bir müasir qatar daxil ediləcək
Teqlər:
yerüstü keçid, yeni stansiya, Metropliten, Avtovağzal, Azərbaycan

Əsas mövzular