18:31 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR

Soyuq hava infarkt riskini artırır

XƏBƏRLƏR
Qısa URL
7110

Havanın temperaturunun 10ºC aşağı düşməsi infarkt qurbanı olma ehtimalını 7 faiz artırır.

BAKI, 2 sent-Sputnik. Alimlər müəyyən ediblər ki, aşağı hava temperaturu miokard infarktının yaranma riskini əhəmiyyətli dərəcədə artırır.

Sputnik Trend-ə istinadən xəbər verir ki, alimlər apardıqları təcrübənin nəticələrini kardioloqların “ESC Congress 2015” konfransı zamanı təqdim ediblər.

Təcrübə zamanı alimlər 6 il müddətində Kanadanın Vinnipeq şəhərində yaşayan insanlarda miokard infarktının yaranma tezliyini təhlil ediblər.

Məlum olub ki, soyuq mövsümdə insanlarda infarkt daha tez-tez baş verir: isti günlərdə belə hallar sutkada 0,78 hal təşkil edirsə, soyuq havada bu göstərici 0,98 olur.

Araşdırma müəllifləri əmin edirlər ki, havanın temperaturunun 10ºC aşağı düşməsi infarkt qurbanı olma ehtimalını 7 faiz artırır.

Teqlər:
miokard infarktı, aşağı hava temperaturu, soyuq hava, hava, ESC Congress 2015, Vinnipeq şəhəri, Kanada

Əsas mövzular