22:47 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR

Titanik gəmisinin menyusu auksiona çıxarılıb

XƏBƏRLƏR
Qısa URL
31610

103 il əvvəl Atlantik okeanında batmış gəminin menyusunun satış dəyəri 50-70 min dollar olacaq.

BAKI, 2 sent-Sputnik. “Titanik” (Titanic) gəmisinin menyusu sentyabrın 30-da auksiona çıxarılacaq.

Sputnik xəbər verir ki, lotun dəyəri 50-70 min dollar olacaq. Satışla “Invaluable” auksion evi məşğul olacaq.

“Invaluable”ın saytında bu barədə qeyd edilib ki, söhbət gəminin sonuncu səhər yeməyi üçün tərtib edilən menyusundan gedir.

Tarixi sənəd birinci sinif sərnişini Avraam Linkoln Salomon tərəfindən xilas edilib. Menyunun əks tərəfində İsaak Cerald Frauntelin imzası var. Güman edilir ki, İ.C.Frauntel həmin gün A.L.Salomonla birlikdə səhər yeməyi sifariş edib.

Satışlarda həmçinin qəza nəticəsində həlak olan sərnişinin məktubu yer alıb.

Titanik "Uayt Star Layn" şirkətinə məxsus buxar gəmisi olub. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz-gəmidən biri idi. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi olub. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşandan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfərsə həlak olub.

Teqlər:
Leonardo Di Kaprio, Keyt Uinslet, Ceyms Kemeron, Hollivud, Atlantik, Uayt Star Layn, İ.C.Fraunte, Avraam Linkoln Salomon, auksion, Invaluable, Titanic, Titanik, Oskar, Invaluable, Böyük Britaniya

Əsas mövzular