11:46 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Vitali Kliçko

Vitali Kliçko: İğtişaşlarda həlak olanlar var

© Sputnik / Александр Максименко
XƏBƏRLƏR
Qısa URL
5201

Ukraynada parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində ölən və yarananlar var.

BAKI, 31 avq-Sputnik. Kiyevin meri Vitali Kliçko bildirib ki, parlament binası qarşısındakı iğtişaşlar zamanı hərbçilər arasında həlak olanlar var. 

Sputnik  xəbər verir ki, Kliçko jurnalistlərə həlak olanlar barədə məlumatı olduğunu deyib: “Kiyevdə asayişi qoruyan Milli Qvardiya batalyonu, gənclər həlak oldu”.

Qeyd edək ki, Ukrayna Ali Radasının binası qarşısında baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının ən azı 40 əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Etirazçılardan azı 10 nəfər yaralanıb, onlar əsasən baş nahiyəsindən xəsarət alıblar.

Təqribən 200 nəfər ölkə Konstitusiyasına dəyişikliklər edilməsi əleyhinə nümayişi davam etdirir. Hərçənd Ukrayna parlamenti həmin dəyişiklikləri I oxunuşda dəstəkləyib və işini bu gün başa çatdırıb.

Nümayişçilər deputatları dəyişiklikləri qəbul etməməyə və ölkə Prezidentini səlahiyyətlərini dayandırmağa çağırırlar.

Nümayişçilər dava əvvəl parlament binasına zorla girməyə cəhd göstərmişdilər.

Baş verən toqquşma zamanı Milli Qvardiyanın 20 döyüşçüsü yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşuk isə bildirib ki, iğtişaşlar zamanı ümumilikdə təqribən 100 nəfər xəsarət alıb.

Bu arada Ukrayna Ali Radasının binasını qoruyan polislərə qumbara atan şəxs saxlanılıb. Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin rəisi Aleksandr Tereşukun dediyinə görə, hazırda saxlanılanın şəxsiyyəti müəyyənləşdirilir.

Teqlər:
Kiyevin meri, Ukrayna Ali Radası, Vitali Kliçko, Ukrayna

Əsas mövzular