19:41 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Хикмет Гаджиев

XİN: Rusiyalı müğənnilər qanlı siyasətə xidmət edir

© Foto : APA
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Rəsmi Bakı sentyabrın 2-də rusiyalı müğənnilərin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirəcəyi konserti qəti şəkildə qınayır.

BAKI, 31 avq-Sputnik. Rəsmi Bakı sentyabrın 2-də rusiyalı müğənnilərin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirəcəyi konserti qəti şəkildə qınayır.

Sputnik xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev sentyabrın 2-də Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində  keçirəcəyi konsert proqramı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təşkil etdiyi konserti təxribatçı məqsəd daşıyır və ona görə də bu konsert proqramının təşkilini qəti şəkildə qınayırıq.

XİN təmsilçisi hesab edir ki,  rusiyalı müğənnilərin bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir.

H.Hacıyev onu da əlavə etdi ki, konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək.

Teqlər:
Xarici İşlər Nazirliyinin mətbuat katibi, Xarici İşlər Nazirliyi, Lyubov Kazarnovskaya, Hikmət Hacıyev, Xankəndi şəhəri, Bakı, Azərbaycan

Əsas mövzular