08:47 20 Yanvar 2018
Canlı yayım
XƏBƏRLƏR

Terrorçuların yerini deyənə 200 min lirə ödəniləcək

XƏBƏRLƏR
Qısa URL
24211

Mükafatlandırılan şəxsin cinayətdə əli olmamalı, hərbi, terrorla mübarizə və hüquq mühafizə orqanlarında işləməməlidir.

BAKI, 31 avq – Sputnik. Türkiyədə, terrorda günahlandırılanların yerlərini və ya şəxsiyyətlərini bildirənlərǝ 200 min lirəyə qədər mükafat veriləcək.

Sputnik-in xəbərinə görə, bu barədə ölkənin “Rəsmi” qəzetində açıqlama yayılıb. Məqsəd Terrorla Mübarizə çərçivəsində cinayətkarların saxlanılması istiqamətində fəaliyyəti daha da artırmaqdır. 

Verilən məlumat cinayətin açılması və ya cinayətkarın müəyyən olunmasına kömək etməlidir. Mükafatlandırılan şəxsin isə cinayətdə əli olmamalı, hərbi, terrorla mübarizə və hüquq mühafizə orqanlarında işləməməlidir. Mükafatın miqdarı verilən məlumatdan asılı olacaq və mükafat Komissiyası tərəfindən müəyyən ediləcək. Mükafatın miqdarı 200 min lirədən çox olmayacaq.

 

Əsas mövzular