BAKI, 31 avq — Sputnik. Türk müğənnisi İzelin yeni imici pərəstişkarlarını məyus edib.
Sputnik-in məlumatına görə, saçlarını qısa kəsdirən sənətçi yeni fotosunu sosial şəbəkədə paylaşıb.
Yaxınları xərçəng olduğunu düşünərək məşhur müğənniyə zənglər etməyə başlayıblar. İzel xərçəng olmadığını, yalnız imic dəyişikliyi etdiyini bildirib.
"Kilo aldım və saçlarımı dibdən vurdurdum. Dərdlərimi də bunun sayəsində yox etdim. Məni görüb təəccüblənənlər yeni başlanğıclarımla daha da çox təəccüblənəcəklər" — deyə İzel bildirib.