19:38 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Vüqar Bayramov

İqtisadçı alim OCCRP-ə qarşı beş tələb irəli sürüb

© Foto: Facebook / vugar.bayramov.7
XƏBƏRLƏR
Qısa URL
29201

İSİM, beynəlxalq təşkilat və onun araşdırmasını dərc etmiş KİV-lər təkzib verməyəcəyi təqdirdə, onları məhkəməyə verəcək.

BAKI, 31 avq-Sputnik. Xəbər verdiyimiz kimi, 2015-ci il avqust ayının 25-də ‘Meydan TV'-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров' (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib') sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)' veb-səhifəsində çap olunub. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu mübahisə ilə bağlı əlaqənin saxlanılmadığını bildirmişdi. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə "Üç nöqtə" qəzetinə müsahibəsinin səs yazısındakı firkiləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əlehinə fikirələr uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar. 

Sputnik-in məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bəyan edir ki, Vüqar Bayramovun adından uydurulan "fikirlər" hətta köhnə müsahibədə də yoxdur. Etik jurnalistika və araşdırma prinsiplərini nəzərə alaraq İSİM OCCRP qarşısında 5 şərt irəli sürüb. İSİM bu şərtlər yerinə yetirilmədiyi halda məhkəməyə müraciət edəcəyini ifadə edib:

1. Vüqar Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyi və 4  gün ərzində saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əlehinə "qara piar" olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və Meydan TV-nin saytlarından yığışdırılsa da onun adından istifadə edildiyi üçün Vüqar Bayramovdan rəsmi üzr istənilsin;

2. Vüqar Bayramov hətta 8 ay öncə "Üç Nöqtə" qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləmədiyi halda "100 min dollar" ifadəli uydurma cümlə "araşdırmadan" çıxarılsın və ictimai təkzib verilsin;

3. Tenderlərin elektron qeydiyyatı ilə bağlı Vüqar Bayramovun adından uydurulan və İSİM rəhbərinin dilindən heç zaman səslənməyən "əks halda şəffaflıqdan söhbət gedə bilməz" cümləsi "araşdırmadan" çıxarılsın və ictimai təkzib verilsin;

4. "Araşdırmada" tamamilə dəyişdirilərək, uydurma "qara piar" cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü " Üç Nöqtə" qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilsin;

5. İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də "Twitter"də aparılan qərəzli "qara piar" kampaniyasına dərhal son qoyulsun.

İSİM-in mətbuat xidməti bildirib ki, jurnalistika, etik və hüquqi prinisplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin "araşdırma"nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilməlidir. "Şərtləri yerinə yetirlmədiyi halda İSİM beynəlxalq məhkəməyə müraciət edərək əsassız "qara piar araşdırımasının" yığışdırılması və ictimai təkzibin verilməsinə çalışacaq."

Teqlər:
Vüqar Bayramov OCCRP, İSİM, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), OCCRP, the Organized Crime and Corruption Reporting Project (OCCRP, Vüqar Bayramov, Azərbaycan

Əsas mövzular