14:34 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
XƏBƏRLƏR

ABBA-nın royalı satılır

XƏBƏRLƏR
Qısa URL
3710

Bu royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub.

BAKI, 29 avq-Sputnik. Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub. Alətin 928 min – 1,2 milyon dollara satılacağı gözlənilir.

“Sotheby” auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar. Çünki “ABBA” ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.

Teqlər:
royal, Sotheby, Money, Money, Money, Dancing Queen, Waterloo, ABBA, ABBA, ABBA, İsveç

Əsas mövzular