10:24 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
XƏBƏRLƏR

Çin ordusunda meymunlar hərbi xidmətə götürülüb

XƏBƏRLƏR
Qısa URL
49710

Pekin yaxınlığında aviabazada hazırda beş meymun qulluq edir.

BAKI, 28 avq-Sputnik.Çin hərbçiləri hərbi aviabazaları quşlardan qorumaq məqsədi ilə hərbi xidmətə meymun götürüblər. Quşlar hərbçilər üçün çox böyük narahatlıq yaradırlar. Belə ki, onlar təyyarənin turbininə düşərək qəzaya gətirib çıxara bilərlər.

Sputnik xəbər verir ki, meymunlara hərbi obyektlərin yaxınlığında ağaclardakı quş yuvalarını dağıtmaq üçün aprel ayından başlayaraq təlim keçirilib.

Təbii ki, meymunlar insanların köməyi olmadan bunun öhdəsindən gələ bilməzdilər. Təcrübə zamanı insanlar quş yuvalarını aşkarlayaraq meymunlara göstərir, onlar isə ağaca dırmaşaraq quş yuvalarını məhv edirlər. Bu xidmətin əvəzində isə hərbçilər primatlara qarğıdalı və digər meyvə, tərəvəz “pay” verirlər.

Pekin yaxınlığında aviabazada hazırda quşlarla mübarizə aparan komandaya beş meymun daxildir. Onların hər biri gündə 12 quş yuvası məhv edə bilir.

Teqlər:
Pekin, hərbi, meymun, Çin, Çin ordusu, meymun, Çin

Əsas mövzular