14:28 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6011

Nazir Əli Abbasov “Azerspace-2”-nin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirildiyini deyib.

BAKI, 28 avq-Sputnik. Azərbaycan ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin tikintisi ilə məşğul olacaq şirkəti müəyyənləşdirib.

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, şirkətin adı yaxın zamanda açıqlanacaq: “Peykin orbitə çıxarılması 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlinə planlaşdırılır”.

Peykin tikintisi və yerüstü idarə mərkəzi üçün avadanlığın tədarükü tenderində ABŞ ("Orbital" və "Space Systems Loral"), Çin ("China Great Wall Industry Corporation") və Fransa ("Airbus Defence and Space") şirkətləri iştirak edir.

Teqlər:
Azerspace, Azerspace-2, ikinci süni peyk, süni peyk, Airbus Defence and Space, China Great Wall Industry Corporation, Space Systems Loral, Orbital, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əli Abbasov, Azərbaycan

Əsas mövzular