BAKI, 27 avq – Sputnik. Alimlər limonu tədqiq edərkən, bu möcüzəvi sitrus meyvəsi barədə indiyədək elmə məlum olmayan məlumatları aşkarlayıblar.
Sən demə, limon şirəsinin tərkibində olan sitratlar mədə-bağırsaq xəstəliklərinə səbəb olan təhlükəli norovirusa qarşı mübarizə aparmaq gücünə malikdir.
Sputnikin məlumatına görə, "Virology" jurnalında dərc olunan tədqiqatın müəllifləri bildiriblər ki, kəşf təsadüfən edildiyindən sitratların noroviruslara təsir mexanizmi daha ətraflı öyrənilməlidir.
Bununla yanaşı, ekspertlər hesab edirlər ki, gündəlik qəbul edilən bir neçə damcı limon şirəsi insanı virusa yoluxmağa qoymur.