04:05 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Lionel Messi

Avropanın ən yaxşı futbolçusu və ən gözəl qolu müəyyənləşdi

sportdialog.ru
XƏBƏRLƏR
Qısa URL
17220

Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçularının adları bəlli olub.

BAKI, 27 avq-Sputnik. Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçularının adları bəlli olub.

Sputnik UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA ötən mövsümün ən yaxşısını mükafatlandırıb. 

5-ci dəfə keçirilən sorğunun qalibi Lionel Messi olub. Messi daha əvvəl də bir dəfə bu mükafatı qazanıb. İkinci yeri portuqaliyalı Kriştianu Ronaldo, üçüncülüyü isə uruqvaylı Luis Suares əldə edib.

Nüfuzlu mükafatın əvvəlki qalibləri argentinalı Lionel Messi (2011), ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) və portuqaliyalı Kriştianu Ronaldo (2014) olub.

Xatırladaq ki, 2014/15 mövsümündə Avropanın ən gözəl qolu da müəyyənləşib. UEFA-nın keçirdiyi səsvermənin qalibi argentinalı Lionel Messi olub. 

Cənubi amerikalının “Barselona”nın heyətində vurduğu qol mövsümün ən yaxşısı seçilib. Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə ilk oyunundakı (3:0) qol 199 min 190 səs yığıb. Bu isə mümkün səslərin 39 faizidir.

Portuqaliyalı Kriştianu Ronaldonun çıxış etdiyi “Real”ın heyətində qrup mərhələsində “Liverpul”a vurduğu qol 2-ci olub. “Arsenal”lı Aron Remsinin “Qalatasray”ın qapısına vurduğu qol 3-cü olub.

Teqlər:
Qalatasray, Aron Remsi, Arsenal, Liverpul, Real, Bavariya, Barselona, Luis Suares, Kriştianu Ronaldo, Lionel Messi, futbol, Avropa, UEFA, UEFA Avropa Liqası, Luis Suares, Kriştianu Ronaldo, Lionel Messi, Avropa, UEFA

Əsas mövzular