19:29 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
pul

Kreditorlar Ukraynanın borclarını siliblər

CC0 / Alexsander-777 / dollar
XƏBƏRLƏR
Qısa URL
2201

Arseni Yasenyuk: Düşmənlərimizin gözlədiyi defolt baş verməyəcək.

BAKI, 27 avq – Sputnik. Ukrayna hökuməti əsas kreditorlarla nominal borcunun 20%-lik hissəsinin silinməsi barədə razılığa gəlib və tərəflər arasında müvafiq saziş imzalanıb.

Sputnik Unian-a istinadən xəbər verir ki,  ölkənin 19,3 milyard dollarlıq qısamüddətli (2015-2023) borcunun 3,8 milyard dollarlıq hissəsi kreditorlar tərəfindən silinib, qalan 15,5 milyard dolların ödənilmə müddəti isə 2019-2027-ci illərə qədər uzadılıb.

Məlumatı təsdiqləyən Ukraynanın maliyyə naziri, kreditorlarla danışıqların əsas iştirakçısı olan Natalya Yaresko Nazirlər Kabinetinin iclasından əvvəl bu barədə deyib:  “Çox çətin 5 ay keçirdik. Ümid edirəm ki, maliyyə bazarları bu xəbərə yaxşı reaksiya verəcək.” 

Baş nazir Arseni Yasenyuk isə Ukraynada defolt təhlükəsinin aradan qalxdığını bəyan edib: “Ukraynanın xarici kreditorlarla danışıqları uğurla yekunlaşdıracağına az adam ümid edirdi. Düşmənlərimizin gözlədiyi defolt baş verməyəcək”.    

Hökumətlə kreditorlar arasında borcların restrukturizasiyası barədə razılaşmanın açıqlanmasından sonra Ukraynanın avrobondlarının və dövlət istiqrazlarının qiyməti ciddi şəkildə artıb.

Əsas mövzular