05:08 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
XƏBƏRLƏR

ABŞ polisi BBC müxbirlərini hədələyib

XƏBƏRLƏR
Qısa URL
31 0 0

Frans Ştrasser: Kamerasız və avtomobilsiz digər çəkilişləri apara bilməzdik. Ona görə də mən çəkdiyimiz videonu silməyə qərar verdim.

BAKI, 27 avq – Sputnik. WDBJ7 telekanalının iki nəfər əməkdaşını qətlə yetirən şəxsin intihar etdiyi yerə ilk gələn BBC teleradio şirkətinin iki jurnalisti Virciniya ştatının polisi tərəfindən təhdid edilib. 

Sputnik xəbər verir ki, bu barədə sözügedən jurnalistlər öz tvitter hesablarında məlumat veriblər.

Məlumatda bildirilir ki, polis əməkdaşlarından biri BBC-nin Ağ Ev müxbiri Tara Makkelvi və videojurnalist Frans Strasserə hədə-qorxu gəlməyə başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib ki, çəkilən material silinməsə, jurnalistlərin kamerası və avtomobili əllərindən alına bilər. Buna səbəb kimi materialın dəlil olduğu göstərilib.

Ştrasser öz twitter hesabında görüntüləri nəyə görə sildiyini açıqlayıb: “Kamerasız və avtomobilsiz digər çəkilişləri apara bilməzdik. Ona görə də mən çəkdiyimiz videonu silməyə qərar verdim.”

Avqustun 26-da ABŞ-ın Virciniya ştatında WDBJ7 kanalının (CBS-nin regional bölməsi) iki əməkdaşı canlı yayım zamanı öldürülüb. Bu barədə telekanalın saytı məlumat yayıb.

Hadisə 24 yaşlı jurnalist Elison Parker və 27 yaşlı operator Adam Uord Moneta şəhərində çəkiliş apararkən baş verib.

Telekanalın əməkdaşlarını güllələyən şəxs polis gələnədək hadisə yerindən qaçıb. Onun adı və qətlin motivi bilinmir.

Jurnalistlərin güllələnməsinin görüntülərini bu linkdən baxa bilərsiz: http://sputnik.az/video/20150826/401760770.html

Teqlər:
jurnalistlərin öldürülməsi, jurnalistlərin qətli, Independent qəzeti, WDBJ7 telekanalı, Tara Makkelvi, Frans Strasser

Əsas mövzular