09:55 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Səudiyyə Ərəbistan ordusu

Səudiyyə Ərəbistanı Yəmənə qoşun yeritdi

© Sputnik /
XƏBƏRLƏR
Qısa URL
5212

Husilərin Səudiyyə Ərəbistanı ərazisindəki Necran bölgəsinin bəzi yerlərinə top atəşindən sonra qoşunun yeridildiyi açıqlanıb.

BAKI, 27 avq – Sputnik. Yəmənə hava hücumları təşkil edən Səudiyyə Ərəbistanı ordusu Yəmənlə sərhəddəki Sada şəhərinə qoşun yeridib.

Sputnik-in məlumatına görə, Husilərin Səudiyyə Ərəbistanı ərazisindəki Necran bölgəsinin bəzi yerlərinə top atəşindən sonra qoşunun yeridildiyi açıqlanıb.

Səudiyyə Ərəbistanı Quru Qoşunları bölmələrinin Sada, Əl-Atifin və Əl-Həşim bölgələrini nəzarətdə saxladığı və ordunun Husilərin bölgədəki mövqelərinə doğru irəliləyəcəyi bildirilib.

Digər tərəfdən, Husilər Səudiyyə Ərəbistanının Necran bölgəsində irəlilədiklərini və orduya aid bir tankı məhv etdikləri barədə məlumat veriblər.


Teqlər:
Səudiyyə Ərəbistan ordusu, hava hücumları, hava hücumu, Necran bölgəsi, Sada şəhəri, Yəmən

Əsas mövzular