01:34 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Cenifer Lourens

Dünyanın ən çox qazanan aktrisalarının reytinqi açıqlanıb

ruwallpapers.net
XƏBƏRLƏR
Qısa URL
103521

"Ac oyunlar" filminin ulduzu Cenifer Lourensin başçılıq etdiyi siyahıda 18 aktrisa yer alıb.

BAKI, 25 avq — Sputnik. Amerikanın Forbes jurnalı dünyada ən çox qazanan aktrisaların ənənəvi reytinqini açıqlayıb. 2015-ci il siyahısına "Ac oyunlar" filminin ulduzu Cenifer Lourens başçılıq edir və bura 18 iştirakçı daxildir. Ulduzların gəlirlərini hesablayarkən Forbes, onların qonorarlarını, sponsor müqavilələrini və şəxsi bizneslərini nəzərə alıb. 

Göstəricilər 2014-cü ilin 1 iyunundan 2015-ci ilin 1 iyununa qədər olan dövrü əhatə edir. Hesabat dövründə reytinq iştirakçılarının ümumilikdə gəlirləri $281 mln olub ki, bu da $660 mln qazanan ən yüksək gəlirli aktyorların gəlirlərindən xeyli azdır. 

Aktrisaların gəlirləri barədə daha ətraflı: 

Cenifer Lourens

Yaş: 25

Gəlir: $52 mln

Cenifer Lourens
ruwallpapers.net
Cenifer Lourens

Lourensin reytinqdə birinci olmasını onun "Ac oyunlar" trilogiyasındakı rolu təmin edib. Bununla yanaşı, aktrisa "Coy" dramında Nyu-Yorkdan olan tənha ana rolunu oynayıb. Bu onun aktyor Bredli Kuperlə dördüncü, rejissor Devid P.Rassellə üçüncü işidir. Lourensin əsas gəlirləri Diorla bağladığı reklam müqaviləsindən gəlib. 

Skarlett Yohansson 

Yaş: 30

Gəlir: $35,5 mln

Skarlett Yohansson
livejournal.com
Skarlett Yohansson

Skarlett Yohanssonun gəlirlərinin külli miqdarda artmasında onun çəkildiyi "Qisasçı: Altron erası" və "Lüsi" kommersiya filmlərinin uğurunun rolu var.  Onun "Yaraqlı kabus" trillerinə görə qonorarı $17.5 mln. olub. Bunlarla yanaşı, Yohanssonun Dolce & Gabbana və Sodastream-dən də reklam gəlirləri var. 

Melissa MakKarti

Yaş: 44 

Gəlir: $23 mln

Melissa MakKarti
today.com
Melissa MakKarti

"Veqasda kef məclisi” filminin ulduzu "Casus" və "Temmi" komediyalarında baş rolları oynamaqla sübut edib ki, o, təkcə ikinci dərəcəli rollarda yaxşı çıxış etmir. Hazırda MakKarti müsbət ölçülü qadın geyimləri xəttindəki dizayner olaraq da podiuma çıxır. 

Fan Binbin

Yaş: 33 

Gəlir: $21 mln

Fan Binbin reytinq cədvəlindəki yeganə amerikalı olmayan aktrisadır. Onun buradakı yerini "Ay Krallığının sarışın gəlini"ndəki səhnələri, Chopard və  L’Oreal-la olan reklam müqavilələri təmin edib. Geniş tamaşaçı kütləsinə Fan Binbin "İks adam: Keçmiş gələcəyin günləri" döyüş filmindəki məşhur rolundan tanışdır. 

Cenifer Eniston

Yaş: 46 

Gəlir: $16.5 mln

Eniston ildən-ilə ən yüksək gəlirli aktrisa reytinqlərində təkcə kinodakı xidmətlərinə görə yer tutmur. O, tez-tez reklam şirkətlərində peyda olur. Onun Aveeno, Smart Water və Living Proof-la müqavilələri aktrisaya daha çox gəlir gətirir, nəinki "Tort" və "Dözülməz bosslar-2"  filmlərinin prokatı. 

Culiya Roberts

Yaş: 47 

Gəlir: $16 mln

Culiya Roberts reytinqə Lancome, Givenchy və Calzedonia ilə olan iri müqavilələri hesabına qayıdıb. Kino ilə əlaqədar onu demək olar ki, aktrisa indi səhnələri diqqətlə seçir. Misal üçün, Oskar gətirən, 2009-cu ildə çəkilmiş "Onun gözlərindəki sirr" Argentina filmi prokata noyabrda çıxacaq.

Ancelina Coli

Yaş: 40 

Gəlirlər: $15 mln

Bu il reytinqin daimi iştirakçısı olan Coli daha çox kameranın başqa tərəfində vaxtını keçirib. O, "Dəniz kənarında" filmində rejissor və ssenari müəllifi kimi kamera arxasına keçib. Filmdə ər-arvad rolunu Coli ötən il rəsmi nikaha girdiyi əri Bred Pittlə oynayıb. Aktrisa fəal şəkildə BMT-nin xüsusi statuslu səfiri kimi fəaliyyət göstərir.

Riz Uizerspon

Yaş: 39 

Gəlir: $15 mln

Riz Uizerspon
hitfix.com
Riz Uizerspon

"Oskar" nominantı Uizerspun bu il pərəstişkarlarını "Gözəllər qaçışda" komediyası ilə sevindirib. Aktrisaya ciddi rol çatızmazlığını birlikdə güclü qadınlar haqqında filmlərin çəkilişi ilə məşğul olan prodüser şirkəti yaratdıqları prodüser Bruno Papadena yaşadır. Ötən il elə filmlərdən biri olan "İtkin düşmüş" filmi hitə çevrildi. Bu film dünya prokatında $368 mln toplayıb. Uizerspunun baş rolu oynadığı film «Vəhşi» kinoakademiyasının mükafatını qazanıb. Bütün bunlar aktrisaya 2011-ci ildə birinci yeri tutmağa yardım edib. 

Enn Heteuey

Yaş: 32 

Gəlir: $12 mln

Enn Heteuey bu yeri bu il "Rio-2" cizgi filminin qəhrəmanı Cueli səsləndirdiyinə görə qazanıb. O, həmçinin Tim Bertonun "Alisa Möcüzələr ölkəsində" nağılında rol alıb. 

Kristen Stüart

Yaş: 25 

Gəlir: $12 mln

Kristen Stüart
moviepilot.com
Kristen Stüart

"Alatoranlıq" filminin çəkilişlərindən sonra Stüart ciddi dramatik aktrisa kimi etibar qazanmaq üçün hər şeyi edib. Son illərdə o, Chanel-in modeli olmağa, «Zils-Mariya» və «Hələ də Elis» filmlərində çəkilməyə nail olub.

Əsas mövzular