18:32 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR

Xorvatiyanın futbol ulduzları Bakıya gələcək

XƏBƏRLƏR
Qısa URL
4611

Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

BAKI, 24 avq — Sputnik. Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

Sputnik xəbər verir ki, yığmanın baş məşqçisi Niko Kovaçın müəyyənləşdirdiyi siyahıda 24 futbolçu yer alıb.

Onların sırasında Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç, Dario Srna, eləcə də "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Daniel Pranyiç də var.

Qeyd edək ki, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya millisi 3 gün sonra səfərdə Norveçlə üz-üzə gələcək.

Qapıçılar: Daniyel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Ukrayna), Sime Vrsaljko ("Sassuolo, İtaliya), Marko Leskoviç ("Rijeka"), Vedran Corluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Dinamo", Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Milan Badelj ("Fiorentina", İspaniya), Marselo Brozoviç ("İnter", İtaliya), Mateo Kovaçiç ("Real", Madrid), İvan Rakitiç ("Barselona", İspaniya), Miyo Caktas ("Hayduk")

Hücumçular: Nikola Kaliniç ("Fiorentina", İtaliya), Ante Rebiç ("Fiorentina"), Marko Pyaka ("Dinamo", Zaqreb), İvan Perisiç ("Volfsburq"), İvisa Oliç (HSV), Mario Mandzukiç ("Yuventus"), Andrey Kramarik ("Lester Siti", İngiltərə).

Teqlər:
Azərbaycan, Xorvatiya, Azərbaycan - Xorvatiya, Avro-2016, Xorvatiya yığmasının heyəti, Azərbaycan yığmasının heyəti

Əsas mövzular