BAKI, 24 avq – Sputnik. İraqın Şimalındakı Kürd Regional Rəhbərliyinin lideri dəyişə bilər.
Muxtar bölgənin parlamenti hazırda lider Məsud Bərzaninin vəzifə müddətini müzakirə edir.
Qeyd edək ki, M. Bərzaninin vəzifə müddəti ötən cümə sona çatıb. Lakin onu əvəz edəcək lider hələ də təyin olmayıb.
Goran Partiyası, 2 aylığına Bərzaninin yerinə məclis sədrinin vəkalət verməsini və seçkilərin keçirilməsini təklif edib.
Bərzaninin partiyası İKDP isə, liderlərinin vəzifə müddətinin uzadılmasına dair tələb irəli sürməyib.
Amerikalı və İngiltərəli diplomatların cəhdlərinə baxmayaraq, partiyalar hazırki liderin vəzifə müddətinin uzadılmasını rədd edib.